DAŞINMAZ ƏMLAK MƏSLƏHƏTXANASI
DAŞINMAZ ƏMLAK MƏSLƏHƏTXANASI
Menyu
AZ RU

Fərdi Yaşayış evləri

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə
minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:
Hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:
- icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək
olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə
hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə
və ya yaşayış evinin istismara qəbul aktı;
- məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi
mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış
evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
Hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi
üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti
orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə
mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:
Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində
mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti
layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
Məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi
üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin
memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti
barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat